Bu gecə Bakının bu rayonlarında İŞIQ OLMAYACAQ

Bu gecə Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Referans MEDİA"ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 20-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 00:30-dan 02:30-dək paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski. Süleyman Rüstəm küçələri, Vaqif prospekti, Nərimanov rayonu Ceyhun Hacıbəyli, Həsən bəy Əliyev küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki