Bunları bilmədən maşın almayın – Bizi belə aldadırlar

Xaricdən sifarişlə avtomobil almaq büdcəyə qənaət etmək və daha zəngin komplektasiya əldə etmək baxımından cəlbedici görünsə də, ciddi risklər daşıyır. Yürüşün (probeqin) geri çəkilməsi və mühərrikin gizli qüsurları alıcıların ən çox qarşılaşdığı problemlərdəndir. Avtomobilin texniki vəziyyətini fiziki olaraq yerində yoxlamaq imkanı olmadıqda, proses tamamilə məsafədən təhlilə və etibarlı resurslara söykənməlidir.

Xaricdən avtomobil sifariş edərkən, alıcılar aşağıdakı dələduzluq varinatları ilə qarşı-qarşıya gəlir:

VIN kod manipulyasiyası və yürüşün geri çəkilməsi: Dələduzlar avtomobilin spidometrindəki yürüşü süni şəkildə azaldır və ya alıcıya eyni markalı, lakin təmiz keçmişi olan tamamilə başqa bir nəqliyyat vasitəsinin VIN kodunu təqdim edirlər. Hətta bəzi hallarda rəsmi hərrac hesabatlarının PDF faylları montaj olunaraq saxtalaşdırılır. Bu tələyə düşməmək üçün VIN kodu yalnız vasitəçinin göndərdiyi fayldan deyil, birbaşa avtomobilin gövdəsi üzərindəki fotodan oxumaq lazımdır. Əldə edilən kodu Carfax, AutoCheck və ya CarVertical kimi rəsmi bazalarda müstəqil şəkildə şəxsən yoxlamaq və bazadakı son qeydə alınmış yürüşü təklif olunan göstərici ilə müqayisə etmək vacibdir. Toyuqlu pizza

Suda batmış və ya ağır qəzalı avtomobillərin gizlədilməsi: Sığorta şirkətləri tərəfindən yararsız (Junk/Certificate of Destruction) elan edilmiş, suda qalmış və ya kəskin mühərrik zədəsi olan nəqliyyat vasitələri ucuz qiymətə alınır. Kosmetik olaraq bərpa edildikdən sonra alıcıya "yüngül zədəli" kimi təqdim olunur. Bu vəziyyəti müəyyən etmək üçün avtomobilin hərrac şəkillərində salondakı pas ləkələrinə, fənərlərin daxilindəki buğlanma izlərinə və təhlükəsizlik yastıqlarının vəziyyətinə diqqət yetirilməlidir. Həmçinin, VIN kodu Google axtarış sistemində və ya bidfax.info kimi açıq resurslarda axtararaq avtomobilin hərracdakı ilkin zədəli fotolarını tapmaq mümkündür.

Mühərrik və transmissiya qüsurlarının müvəqqəti ört-basdır edilməsi: Mühərrikdəki yağ sızmalarını, tüstüləməni və ya kənar səsləri gizlətmək üçün xüsusi kimyəvi qatqılardan tətbiq olunur. Nəticədə avtomobil hərracda işlək (Run and Drive) statusu ala bilsə də, alıcıya çatdıqda mühərriki tam sıradan çıxmış olur. Bunun qarşısını almaq üçün Yaponiya və Koreya hərraclarında rəsmi Hərrac Vərəqəsindəki (Auction Sheet) mühərrik qeydlərini peşəkar tərcümə etdirmək, ABŞ hərraclarında isə vasitəçidən mühərrikin soyuq işə salınma (cold start) və egzoz tüstüsünün detallı videosunu tələb etmək lazımdır.

Uydurma və ya gizli xərclərin əlavə olunması: Avtomobil hərracda alındıqdan və ya yola çıxdıqdan sonra vasitəçi şirkət "gözlənilməz liman yığımı", "əlavə konteyner xərci" və ya "sənədləşmə rüsumu" adı altında müqavilədə göstərilməyən əlavə ödənişlər tələb edir. Bu problemi önləmək üçün işə başlamazdan əvvəl rəsmi müqavilə bağlanmalı, müqavilədə avtomobilin qiyməti, logistika xərci, şirkətin xidmət haqqı və gömrük rüsumunun son məbləğ kimi fiksasiya olunduğundan əmin olunmalıdır. Müqavilədə yer alan qeyri-müəyyən bəndlər mütləq ləğv edilməlidir.

Saxta hərrac şirkətləri və beh dələduzluğu: Bazar qiymətindən dəfələrlə ucuz avtomobil elanı yerləşdirilir və alıcıdan tez qərar verməsi üçün beh (depozit) tələb olunur, ödəniş edildikdən sonra isə vasitəçi əlaqəni kəsir. Bu riskdən qorunmaq üçün heç vaxt fiziki şəxslərin şəxsi kart hesabına ödəniş edilməməlidir. Bütün ödənişlər rəsmi şirkət hesabına (VÖEN rekvizitləri ilə) və ya birbaşa hərracın öz hesabına (Invoys vasitəsilə) köçürülməlidir./yenisabah


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki