Bakıda 60 yaşlı qadın yolda CAN VERDİ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Elnur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb./lent.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki