Şagirdləri otağa girəndə DƏHŞƏTLİ mənzərə ilə qarşılaşdı – Onu belə tapdılar

Türkiyənin Bursa şəhərində 55 yaşlı güləş məşqçisi Zeki Gümüş çalışdığı idman kompleksində ölü tapılıb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Referans Media xəbər verir ki, hadisə Atıcılar İdman Kompleksində baş verib. Uzun illərdir güləş idmanına xidmət edən məşqçi Zeki Gümüşdən bir müddət xəbər ala bilməyən şagirdləri vəziyyətdən şübhələnərək onun olduğu otağa daxil olublar.

Şagirdlər məşqçini hərəkətsiz vəziyyətdə aşkar etdikdən sonra 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib.

Məşqçinin öldüyü müəyyənləşib

Tibb əməkdaşlarının müayinəsi zamanı 55 yaşlı Zeki Gümüşün həyatını itirdiyi müəyyən edilib.

İllərini güləş idmanına həsr edən Gümüşün çoxsaylı idmançılar yetişdirdiyi bildirilib. Onun tələbələri arasında milli idmançı Zeki Akgülün də olduğu qeyd edilib.

Ölüm səbəbi araşdırılır

Məşqçinin ölümü tələbələri və Bursa idman ictimaiyyətində böyük kədərə səbəb olub.

Zeki Gümüşün dəqiq ölüm səbəbinin aparılacaq araşdırmalardan sonra müəyyənləşəcəyi bildirilib.

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki