Qazaxıstanda idman zallarından birində qadın çantasındakı “powerbank”ın partlaması nəticəsində xəsarət alıb.
Referans Media xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən qadının çantasından tüstü çıxıb, ardınca “poverbank” partlayıb.
O, çantasını yerə ataraq alovdan qaçmağa çalışarkən, idman zalının işçiləri müdaxilə edərək yanğını söndürüblər.
Hadisə nəticəsində qadının saçları yanıb və müxtəlif bədən xəsarətləri alıb./Publika.az
