Gənc məktəbli Bill Qeytsi geridə qoydu

Qazaxıstanda 17 yaşlı məktəbli Hakim Bekiş Bill Qeytsdən daha yüksək IQ göstəricisi ilə gündəmə gəlib.

Referans Media xəbər verir ki, Qazaxıstanın Karaqanda şəhərindən olan 17 yaşlı məktəbli intellektual göstəriciləri ilə diqqət çəkib. Belə ki, yeniyetmənin IQ göstəricisinin Bill Qeytsin göstəricisini (1590) üstələdiyi, Mark Zukerberqin göstəricisinə isə bərabər olduğu bildirilir.

Məlumata görə, məktəbli heç bir xüsusi dəstək olmadan Nazarbayev İntellektual Məktəbinə qəbul olunub. Daha sonra Master Education tədris mərkəzində NIS Alumni proqramı çərçivəsində təqaüd qazanıb.

O, xüsusi metodikası olan müəllimlərin dəstəyi ilə və tədris platforması vasitəsilə ödənişsiz hazırlaşıb. Qeyd edək ki, Master Education tədris mərkəzi altı ildir şagirdlərin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbuluna dəstək göstərir. Mərkəzin 5 mindən çox məzunu dünyanın nüfuzlu universitetlərində təhsil alır.

İndi Hakim Bekişin üzünə dünyanın aparıcı universitetlərinin qapıları açıqdır./globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki