Cənubi Koreya Prezidenti Şimali Koreyaya daimi sülh təklif etdi

Cənubi Koreya Prezidenti Li Çje Myonq Şimali Koreyanı müvəqqəti atəşkəs əvəzinə daimi sülh razılaşmasına nail olmaq məqsədilə danışıqlara başlamağa çağırıb.

Referans Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Koreyanın Yaponiya işğalından azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışda Li iki Koreyanın dinc yanaşı yaşamaq üçün danışıqlar aparmalı olduğunu bildirib.

O, atəşkəslə başa çatan 1950-1953-cü illər Koreya müharibəsinin sülh müqaviləsi ilə başa çatması üçün KXDR-i dialoqa çağırıb.

Li əlavə edib ki, müzakirələr zamanı Pxenyanın nüvə imkanlarını məhdudlaşdırmaq üçün təsirli tədbirlər də nəzərdən keçirilə bilər.

Cənubi Koreya prezidentinin sözlərinə görə, Seul gərginliyi azaltmaq üçün ehtiyatlı və ardıcıl addımlar atacaq, eskalasiyanın qarşısını almaq üçün çoxqatlı təhlükəsizlik tədbirləri yaradacaq./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki