image-ceyda-ersoybackend

Ceyda Ersoyun evindən çıxanlar şoka saldı

İstanbul Baş Prokurorluğunun narkotik maddələrlə bağlı apardığı istintaq çərçivəsində, ictimaiyyətdə “Ciciş bacılar” kimi tanınan Esra-Ceyda Ersoy bacılardan Ceyda Ersoy saxlanılıb.

Referans Media xəbər verir ki, Ceyda Ersoyun evində aparılan axtarış zamanı kokain və yüzlərlə müxtəlif narkotik və stimullaşdırıcı həblər aşkarlanıb.

Məlum olub ki, narkotik maddələr tabaklarla servis edilib.

Qeyd olunur ki, istintaq zamanı indiyədək 36 nəfər həbs olunub, Kasım Garipoğlu isə hələ də axtarışdadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki