DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Referans Media xəbər verir ki, Fransa millisi İsveç yığması ilə qarşılaşıb. Görüş Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kilian Mbappe (2) və Bredli Barkolya vurublar.

Fransa millisi 1/8 finalda Paraqvayla üz-üzə gələcək.

DÇ-2026-da 1/16 finalın digər oyunu Bakı vaxtı ilə saat 05:00-da Meksika və Ekvador arasında keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç yığmaları 1/8 finala vəsiqə qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki