Dünya çempionatında bu gün 2 oyun keçiriləcək

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.

Referans Media  xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.

Saat 20:00-da başlayacaq görüşdə İngiltərə ilə Konqo DR münasibətlərinə aydınlıq gətirəcəklər. Cütün qalibi 1/8 finalda Meksikaya rəqib olacaq.

Gecəyarısı start götürəcək qarşılaşmada isə Belçika ilə Seneqal üz-üzə gələcəklər. Cütün güclüsü növbəti mərhələdə ABŞ - Bosniya və Herseqoviina görüşünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026
1/16 final

1 iyul

20:00. İngiltərə - Konqo DR 
Baş hakim: Adham Mahadme (İordaniya).
Atlanta (ABŞ). "Mercedes-Benz Stadium". 

00:00. Belçika - Seneqal
Baş hakim: Said Martines (Honduras).
Sietl. (ABŞ). "Lumen Field Stadium".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki