2026-cı il Dünya Çempionatında yeni rekord qeydə alınıb.
Referans Media xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
FIFA turnirin rekord tamaşaçı göstəricilərinə doğru irəlilədiyini açıqlayıb.
“Mundialda keçirilən 104 oyundan 36-sından sonra ümumi tamaşaçı sayı 2 milyon 307 min 947 nəfərə çatıb. Hər oyuna orta hesabla 64 min 110 azarkeş gəlib, tribunaların doluluq faizi isə 99,54 təşkil edib”, – deyə bildirilib.
Qeyd edək ki, Dünya Çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir.
Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir.
