İranın futbol üzrə milli komandası Belçika yığması ilə bərabərə bitən qarşılaşmadan sonra Los-Ancelesdəki stadionun soyunub-geyinmə otağında təşəkkür mesajı yazıb.
Referans Media xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.
Qarşılaşmadan sonra komandanın soyunub-geyinmə otağında buraxdığı qeyddə deyilir:
"Qonaqpərvərliyinizə görə təşəkkür edirik, Los-Anceles. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq".
Bundan əlavə, iranlı futbolçular turnir boyu onlara böyük dəstək olan həmdənfəslərinə və iranlı azarkeşlərə də xüsusi minnətdarlıqlarını bildiriblər.
