Bu arada "Qarabağ"ın cinah oyunçusu Lendro Andrade Ukrayna klubuna keçməyə yaxındır.
Referans Media xəbər verir ki, “Polessye” Andradenin keçidini həll edib.
Bunun üçün “Qarabağ” 5 milyon avroya yaxın vəsait qazanacaq.
Qeyd edək ki, Andrade 2022-ci ilin yanvar ayından "Qarabağ"da çıxış edir və onun müqavilə müddəti gələn mövsümün sonuna qədərdir.
