Nəhəng beton divar hamını təəccübləndirdi: Sahildəki görüntü sosial şəbəkələrdə maraq doğurdu - VİDEO

Türkiyənin Trabzon şəhərində yerləşən Faroz Limanında həyata keçirilən dalğaqıran layihəsi bölgədə diqqət çəkən mənzərə yaradıb. Limanı güclü dalğalardan qorumaq məqsədilə sahil boyunca düzülən nəhəng beton bloklar həm yerli sakinlərin, həm də bölgəyə gələnlərin marağına səbəb olub.

Referans Media xəbər verir ki, layihə çərçivəsində hər biri 18–22 ton ağırlığında olan təxminən 6 min beton blok xüsusi texnika vasitəsilə liman ərazisinə yerləşdirilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır.

Havaların isinməsi ilə sahilə gələn vətəndaşlar ortaya çıxan görüntünü “Çin Səddi”nə bənzədərək bunun indiyədək bölgədə gördükləri ən fərqli tikinti mənzərələrindən biri olduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, məqsəd limanı qorumaq olsa da, layihənin yekunda həm funksional, həm də estetik baxımdan uyğun formada tamamlanması gözlənilir.

Qeyd edək ki, təxminən iki il yarım əvvəl Faroz Balıqçı Limanında baş verən güclü dalğalar nəticəsində dalğaqıranlar aşılmış, çoxsaylı balıqçı qayığına və avadanlıqlara ciddi ziyan dəymişdi. Hadisədən sonra limanın daha etibarlı qorunması üçün genişmiqyaslı gücləndirmə işlərinə start verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki