Dünya həyəcan içində: Trampın açıqlaması gündəm oldu – Önümüzdəki 2 gün həlledici olacaq

Donald Tramp İran ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib. ABŞ prezidenti yaxın günlərin “çox kritik hadisələrə səhnə olacağını” bildirib.

Referans Media xəbər verir ki, Tramp “ABC News”a verdiyi açıqlamada belə deyib: “Önümüzdəki iki gün ərzində inanılmaz hadisələrə şahid olacaqsınız.”

Bu sözlər bölgədə yeni hərbi və ya diplomatik addımların atıla biləcəyi kimi qiymətləndirilir.

ABŞ prezidenti İranla əldə olunan müvəqqəti atəşkəsin uzadılmasına ehtiyac görmədiyini bildirib. Onun sözlərinə görə, proses ya yeni bir razılaşma ilə, ya da daha sərt nəticələrlə yekunlaşa bilər.

Tramp münaqişənin sonu ilə bağlı iki ehtimal irəli sürüb: “İranla razılaşma əldə olunması və ya İranın hərbi imkanlarının tam şəkildə sıradan çıxarılmasıdır”.

O, razılaşmanın daha yaxşı variant olduğunu da vurğulayıb.

Donald Tramp çıxışında İran daxilində radikal qüvvələrin zəiflədiyini iddia edib və ölkədə siyasi dəyişikliklərin baş verdiyini irəli sürüb.

Tramp həmçinin qlobal sabitlik barədə iddialı açıqlama verərək “Mən olmasam dünya parçalanardı” ifadəsini işlədib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki