EMİN HƏSƏNLİ : Azərbaycanın hazırkı müdafiə strategiyası müasir təhlükələri qarşılamağa kifayətdirbackend

EMİN HƏSƏNLİ : Azərbaycanın hazırkı müdafiə strategiyası müasir təhlükələri qarşılamağa kifayətdir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanovun açıqlamasına görə, Rusiya 2036-cı ilə qədər Sovet İttifaqının dağılmasından bəri ən böyük silahlanma proqramını həyata keçirməyi planlaşdırır və bu məqsədlə təxminən 1,1 trilyon ABŞ dolları xərcləyəcək. Bu proqram çərçivəsində Moskva və Leninqrad hərbi dairələrinin yaradılması, yeni diviziya və hərbi birləşmələrin formalaşdırılması nəzərdə tutulub. Budanov qeyd edir ki, bu addımlar Rusiyanın genişmiqyaslı müharibəyə hazırlaşmasının açıq göstəricisidir.

Hərbi ekspert Emin Həsənli Referans-a bildirib ki, Rusiya bu proqramla yalnız yeni müharibəyə hazırlanmır, eyni zamanda mövcud hərbi infrastrukturunu da gücləndirir: “Putinin istəyi həm daxili siyasi mövqeyini gücləndirmək, həm də Qərb qarşısında yeni mövqelər qazanmaqdır. Moskva və Leninqrad dairələrinin yaradılması təkcə simvolik deyil, strateji bir addımdır. Bu hərbi dairələr Rusiya ordusunun Qərb sərhədlərində cavabdehlik zonasını genişləndirəcək, yeni diviziya və birləşmələrin formalaşması isə Rusiyanın müdafiə və hücum imkanlarını artıracaq. Bu proses Cənubi Qafqazda gərginliyi artırır və region ölkələrinin müdafiə qabiliyyətlərinin təkmilləşdirilməsi tələb olunur.”

 

Emin Həsənli həmçinin vurğulayıb ki, Azərbaycanın hazırkı müdafiə strategiyası müasir təhlükələri qarşılamağa kifayət etməlidir: “Regionda təhlükəsizlik məsələləri sadəcə hərbi deyil, siyasi və diplomatik kanallarla da həll edilməlidir. Azərbaycanın strateji mövqeyi və balans siyasəti bu baxımdan önəmlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki