“Ən güclü” El Nino yaxınlaşır: Hava və iqtisadiyyata təsiri necə olacaq?

İqlim alimləri Sakit okeanda güclənən El Nino hadisəsinin son 150 ilin ən güclülərindən birinə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər. Okeandan atmosferə yayılan böyük istiliyin qlobal istiləşmə ilə birləşməsi qarşıdakı ilin rekord isti keçməsinə səbəb ola bilər.

Referans Media xəbər verir ki, El Nino yağıntı rejimini, temperaturu və qasırğaların hərəkətini dəyişə bilər. Qlobal orta temperaturun 2027-ci ildə sənayedən əvvəlki dövrlə müqayisədə 1,7°C yüksələ biləcəyi bildirilir. Bu, Paris Sazişində nəzərdə tutulan 1,5°C həddindən yüksəkdir.

İqtisadiyyata 10 trilyon dollarlıq zərər

Quraqlıq, güclü istilər, daşqınlar və meşə yanğınlarının 2032-ci ilədək dünya iqtisadiyyatına 10 trilyon dollara qədər zərər vura biləcəyi hesablanır.

“Super El Nino”nun ərzaq qiymətlərini 15,8 faizədək artıracağı proqnozlaşdırılır. Hindistanda musson yağışlarının azalması buğda, düyü və şəkər qamışı istehsalına mənfi təsir göstərə bilər.

Okean temperaturunun artması isə mərcan riflərinin kütləvi ağarmasına və dəniz ekosistemlərinin zərər görməsinə səbəb ola bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki