Ər axtarmaq üçün yüzlərlə kənd qızı o küçəyə axın etdi — FOTOLAR

Çanaqqalanın Bayramiç rayonunda hər il keçirilən maraqlı adət bu il də minlərlə insanı bir araya gətirib. Muratlar kəndində təşkil edilən xeyir yeməyi çərçivəsində gənclər özlərinə uyğun həyat yoldaşı seçmək üçün "Aşiqlər küçəsi"nə üz tutublar.

Meşəyə doğru uzanan 1,5 kilometrlik yolda gün boyu gəzişən gənclər namizədlərini müəyyən etməyə çalışıblar. Təxminən 80 ildir davam edən bu adət sayəsində indiyədək çox sayda cütlük tanış olaraq ailə qurub. Bu il də ətraf kənd və şəhərlərdən gələn minlərlə gənc həm qonaqlıqda iştirak edib, həm də gələcək həyat yoldaşını axtarıb.

Küçənin builki ziyarətçiləri arasında vaxtilə burada tanış olub evlənən yaşlı cütlüklər, onların övladları və nəvələri də olub. Uzun illərdir birlikdə olan gənclər isə məhz bu yolda tanış olduqlarını və gələn il nişanlanmağı planlaşdırdıqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki