image-erdogan-900x600-4backend

Ərdoğan elan etdi: Bunun reallaşması üçün tarixi fürsət yaranıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı mühüm açıqlamalar verib.

Referans Media  xəbər verir ki, Ərdoğan Mərkəzi İcraiyyə Komitəsinin iclasında Hələbin təmizlənməsinin vacibliyini vurğulayıb.

O, 10 mart müqaviləsinin həyata keçirilməsi üçün tarixi bir fürsətin yarandığını bildirib: “Türklər, kürdlər və ərəblər arasındakı qardaşlığın pozulmasına icazə verməyəcəyik. Hələbdəki vəziyyət tətbiq üçün fürsət yaratdı”.

Qeyd edək ki, 6 yanvarda yenidən başlayan qarşıdurmalar daha da şiddətlənib və Suriya ordusunun təşkil etdiyi əməliyyatla Hələbdə SDQ-nin nəzarəti altında olan Şeyx Maqsud və Əşrəfiyyə kimi məhəllələr bu ünsürlərdən təmizlənib. Suriya ordusu əməliyyatların başa çatdığını elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki