Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan futbol ulduzu Kriştiano Ronaldo ilə görüşüb.
Referans Media xəbər verir ki, Ər-Riyadda keçirilən Etnoidman Mədəniyyəti Festivalına qatılmaq üçün Səudiyyə Ərəbistanına səfər edən Bilal Ərdoğan klubun bazasında olub.
O, burada “Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilə görüşüb və onunla xatirə fotosu çəkdirib.
Klubun sosial media hesabında bildirib ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanı komandanın bazasını ziyarət edib.



