"Real Madrid" bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı

İspaniyanın "Real Madrid" klubu Fransa millisinin yarımmüdafiəçisi Aurelien Çuameni ilə müqavilənin müddətini 2032-ci ilin yayına qədər uzadıb.

Referans Media xəbər verir ki, La Liqa nəhəngi bununla heyətini uzunmüddətli əsasda formalaşdırmaq siyasətini davam etdirir.

Xatırladaq ki, Madrid təmsilçisi bir gün əvvəl Türkiyə millisinin üzvü Arda Güler ilə də yeni müqavilə imzalayaraq onun sözləşməsini 2032-ci ilə qədər uzatmışdı.

Klubun rəsmi açıqlamasında bildirilib ki, Çuameni ilə əldə olunan yeni razılaşma da 2032-ci ilə qədər qüvvədə olacaq.

2022-ci ilin yayında "Real Madrid"ə transfer olunan 26 yaşlı futbolçu bu müddət ərzində komandanın heyətində 205 rəsmi oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 7 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki