Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi – FOTOLAR

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib.

Referans Media “Report”a istinadən xəbər verir ki, sözügedən arenada I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu baş tutub.

VIII turun qarşılaşmasında Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

3000-ə yaxın azarkeşin arenadan izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev və 77-ci dəqiqədə Obicon Onyeka vurublar.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

xk 92

xk 93

xk 94

xk 95

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki