"Mançester Yunayted" (Manchester United) Viktor Osimhenlə (Victor Osimhen) maraqlanmağa başlayıb.
Referans Media xəbər verir ki, bu barədə "The Hard Tackle" məlumat yayıb.
Məlumata görə, yeni baş məşqçi Maurisio Poçettino (Mauricio Pochettino) yanvar transfer pəncərəsində hücumçu alınmasını istəyir və "Qalatasaray"ın nigeriyalı forvardı onun əsas namizədlərindən biridir. Osimhenlə yanaşı, Vangelis Pavlidis, Seru Girassi (Serhou Guirassy) və İvan Toney (Ivan Toney) də "Mançester Yunayted"in hücumçu siyahısında yer alır.
Bildirilir ki, Poçettino Osimhenlə daha əvvəl də işləmək istəyib. Lakin 27 yaşlı futbolçunun yüksək transfer qiyməti və maaş tələbləri yanvarda keçidi çətinləşdirə bilər.
Osimhen hazırda "Qalatasaray"ın futbolçusudur və onun İstanbul klubundan mövsümün ortasında ayrılması asan görünmür. Daha əvvəl yayılan məlumatlarda "Qalatasaray"ın yanvarda futbolçunu satmaq niyyətində olmadığı bildirilmişdi./Fanat.Az/
