Tbilisinin Dəmir Yolu Vağzalı Meydanında güclü yanğın - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə "Vağzal meydanı" ərazisində güclü yanğın baş verib.

Referans Media xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.

Yanğın mağazaların yerləşdiyi piyada körpüsündə başlayıb. Hadisə yerinə çox sayda yanğınsöndürmə-xilasetmə qrupları cəlb olunub.

Hazırda yanğının səbəbi və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki