Dadaş Dadaşzadə Bakıya gətiriləcək

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Balakişi oğlu Dadaşzadə Monteneqrodan ölkəyə ekstradisiya olunacaq.

Bu barədə Referans Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində sözügedən şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində D.Dadaşzadənin Monteneqro Respublikasının ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki