Paytaxt sakinlərinə TƏCİLİ XƏBƏRDARLIQ: Küçəyə çıxmazdan əvvəl bunu oxuyun!

Son illərdə havanın çirklənməsi və temperaturun yüksəlməsi ekoloji problemləri yenidən gündəmə gətirib. Azərbaycanda hava keyfiyyətinə təsir edən əsas amillər, sənaye və nəqliyyatın yaratdığı çirklənmə, eləcə də atmosferdəki dəyişikliklərlə bağlı məsələlər müzakirə olunur.

Referans Media-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimov bildirib ki, Azərbaycanda havanın çirklənməsi ilə bağlı son illərə aid statistik məlumatlar onda yoxdur.

Onun sözlərinə görə, Azərbaycanda alüminium və kimya sənayesi kimi havanı çirkləndirən ağır sənaye sahələri inkişaf etmədiyinə, daha doğrusu, təbiəti çirkləndirən sənaye sahələrinin yayılmasının qarşısı alındığına görə hava kirliliyi yüksək deyil.

Ekoloq qeyd edib ki, Bakı şəhərində havanı çirkləndirən əsas amillər avtomobillərin buraxdığı qazlar və müəyyən zavodlar ola bilər. Lakin bununla bağlı statistik məlumatlar onda yoxdur.

Qorxmaz İbrahimov bildirib ki, əvvəlki kimya zavodları hazırda fəaliyyət göstərmir. Bakıda havaya zərər verən bir sıra neft emalı zavodları, fabriklər çoxdan bağlanıb və yeni texnologiyalarla işləməyə başlayıblar.

Ekoloqun fikrincə, bu baxımdan Azərbaycanda hava kirliliyi yüksək səviyyədə deyil.

O, Bakı şəhəri və Abşeron yarımadasında havanın çirklənməsinə səbəb olan toz və toz səpintilərinin isə ayrıca məsələ olduğunu vurğulayıb.

Qorxmaz İbrahimov əlavə edib ki, sənaye çirklənməsi onun bildiyi qədər güclü deyil. Bununla bağlı əlavə məlumatların olması halında paylaşılmasının faydalı olacağını bildirib.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki