“Kızılcık Şerbeti”ndə gözlənilməz qərar: Billur obrazı serialdan silindi

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Billur obrazını canlandıran Cansu Taşkının layihədəki hekayəsi sona çatıb. Aktrisanın serialdan uzaqlaşdırılmasına etiraz etməsindən sonra istehsalçı şirkət “Gold Film” məsələ ilə bağlı açıqlama yayıb.

Referans Media xəbər verir ki, Cansu Taşkın sosial şəbəkədə paylaşım edərək serialdan çıxarıldığını treylerin yayımlandığı gün öyrəndiyini bildirib. O, “Çörəyimlə oynadılar, Allahın öhdəsinə buraxıram” sözləri ilə narazılığını ifadə edib. Aktrisa başqa bir layihədən imtina etdiyinə görə də peşman olduğunu qeyd edib.

“Gold Film”dən verilən açıqlamada isə ssenarist dəyişikliyindən sonra süjet xəttində yeniliklər edildiyi bildirilib. Şirkətin məlumatına görə, Taşkının canlandırdığı Billur obrazının hekayəsi serialın 143-cü bölümü etibarilə başa çatıb.

Qeyd edək ki, serialın beşinci mövsümündə ssenari komandası da dəyişib. Əvvəlki ssenaristlər Melis Civelek və Zeynep Gürün yerinə Ozan Yurdakul, Meryem Gür, Burcu Över və Caner Güler cəlb olunublar. Yeni komandanın gəlişindən sonra obrazların süjet xətlərində də dəyişikliklər edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki