“Survivor 2027”də sürpriz iştirakçı: Bir dövrün məşhur siması geri qayıdır

“Survivor 2027”nin iştirakçı heyəti ilə bağlı maraqlı iddia ortaya çıxıb. Türkiyəli aparıcı və prodüser Acun Ilıcalının sosial şəbəkədə paylaşdığı görüntülərdə “İşte Benim Stilim” yarışmasının qalibi və “Çarkıfelek” proqramının keçmiş aparıcısı Emel Özkızıltaşın da yer alması onun yeni mövsümdə iştirak edə biləcəyi ehtimalını gündəmə gətirib.

Referans Media xəbər verir ki, 1986-cı il təvəllüdlü Emel Özkızıltaş 2014-cü ildə “İşte Benim Stilim” yarışmasının ikinci mövsümünün qalibi olub. O, münsif Nur Yerlitaşın verdiyi “Zennube” ləqəbi ilə də tanınıb. Daha sonra Mehmet Ali Erbilin aparıcılıq etdiyi “Çarkıfelek” proqramında çalışıb.

Özkızıltaşın görüntülərdə yer alması onun “Survivor 2027”yə qatılacağı ilə bağlı müzakirələrə səbəb olsa da, bu barədə hələlik rəsmi açıqlama verilməyib.


Acun Ilıcalının açıqlamasına görə, yeni mövsümdə əvvəlki illərin qalibləri Turabi Çamkıran və Ogeday Girişken öz komandalarının kapitanı olacaqlar. Könüllü iştirakçılar bu komandaların tərkibində mübarizə aparacaqlar.

Yarışmanın əsas mükafatının 10 milyon türk lirəsi olacağı açıqlanıb. Yeni mövsümün 1 yanvarda başlaması planlaşdırılsa da, dəqiq yayım tarixi və iştirakçıların tam siyahısı hələ rəsmən elan edilməyib. Emel Özkızıltaşın hansı komandada yer alacağı, yaxud ümumiyyətlə yarışmaya qatılıb-qatılmayacağı isə məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki