Hazırda xəstəxanadayam, krizdən çıxmışam – Xalq artisti

Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.

Referans Media bildirir ki, aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb: “Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki