“Evdə tək 2”, “Rokki Horrorun film şousu” və “O” kimi film və seriallardakı rolları ilə tanınan britaniyalı aktyor Tim Karri 80 yaşında vəfat edib.
Referans Media “Report” -a istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri bildirib.
Qeyd olunub ki, Karri insultdan sonra Los-Ancelesdə dünyasını dəyişib. O, son vaxtlar əlil arabasında hərəkət edirdi.
Onun ən məşhur rolları arasında “Rokki Horrorun film şousu”nda doktor Frenk-n-Ferter, 1990-cı ilin “O” mini-serialında kloun Pennivayz və “Evdə tək 2” komediyasında hotel qapıçısı rolları yer alır.
