“Tvente”nin baş məşqçisi Con van den Brom bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib.
Referans Media xəbər verir ki, niderlandlı mütəxəssis komandasının şansları və qarşılaşmaya hazırlığı barədə fikirlərini bölüşüb:
“Oyundan bir neçə gün əvvəl gəlməyimiz yaxşıdır. Hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Yaxşı analizlər etmişik. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışacağıq. Sabah əvəz çıxmaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
Rəqibdən çəkinmirik, lakin “Qarabağ”ın kifayət qədər yaxşı futbolçulara malik olduğunu deyə bilərəm. Sürətli oyunçuları var. İlk oyunda necə bir komanda ilə üz-üzə olduğumuzu gördük. Buna əsasən, daha diqqətli olmalıyıq”./Publika.az
