Yunanıstanın Trikala şəhəri yaxınlığında yerləşən bir fabrikdə baş verən yanğın nəticəsində 3 nəfər həyatını itirib.
Referans Media xəbər verir ki, bu gün səhər saatlarında Trikala şəhəri yaxınlığında yerləşən bir qida fabrikində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə itkin düşüb. Səlahiyyətli qurumlar yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.
