"Fənərbaxça"dan tarixi GERİ DÖNÜŞ: "Liverpul" İstanbulda diz çökdü - VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Fənərbaxça” doğma meydanda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.

Referans Media xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə isə Vedat Muriqi fərqlənib.

“Liverpul”un qollarını isə 25-ci dəqiqədə Trey Nyoni və 69-cu dəqiqədə Aleksandr İsak vurub.

Qeyd edək ki, Qrinvud “Fənərbaxça”nın heyətində Çempionlar Liqası tarixində cərimə zərbəsindən qol vuran ilk futbolçu olub. “Liverpul”un 19 yaşlı yarımmüdafiəçisi Trey Nyoni isə peşəkar karyerasında ilk qolunu İstanbul təmsilçisinin qapısından keçirib.

Çempionlar Liqası, Liqa mərhələsi

 IV tur

4 noyabr

21:45. “Fənərbaxça” – “Liverpul” 3:2

Hakim: Kleman Turpen (Fransa)

“Chobani”, İstanbul

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki