Fransa İsrailə görə BMT-dən təcili iclas tələb etdi

Fransa İsrailin Livandakı əməliyyatlarını genişləndirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Referans Media xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro məlumat yayıb.

“İsrailin Livandakı əməliyyatlarının bu qədər genişləndirilməsi beynəlxalq hüquqa və Təl-Əvivin maraqlarına və təhlükəsizliyinə ziddir.

Bombalanan, işğal olunan hər kənd, öldürülən hər mülki şəxs nəticə etibarilə “Hizbullah”ı gücləndirir”, – deyə o bildirib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki