Rusiya və İrandan Azərbaycanla bağlı qərar

Rusiya qazının Azərbaycan ərazisindən keçməklə İrana nəqlinə dair sazişin hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir.

Referans Media xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Bildirilib ki, İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bovərd texniki məsələlərin həllindən sonra sazişin hazır olacağını və qaz tədarükünə yaxın vaxtlarda başlanacağını bildirib.

Layihənin ilkin mərhələsində İrana ildə 2 milyard kubmetrədək Rusiya qazının nəqli nəzərdə tutulur. Gələcəkdə isə tədarük həcminin ildə 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli energetika əməkdaşlığı məsələsi oktyabrın 9-da Türkmənistanda keçirilən prezidentlər görüşündə də müzakirə olunub./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki