Fransanın Rona departamentində 4, İşe departamentində isə 1 yanğınsöndürmə məntəqəsindən təcili xilasetmə avadanlıqları oğurlanıb.
Referans Media xəbər verir ki, oğurlanan avadanlıqlar arasında qəza zamanı avtomobillərdə sıxışan şəxsləri xilas etmək üçün istifadə olunan hidravlik xilasetmə qayçıları da olub. Hadisələrlə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, Fransada yanğınsöndürənlər daha çox avadanlıq və şəxsi heyət tələbi ilə sentyabrın 29-da Parisdə aksiya keçirəcəklər.
