İndoneziyada 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 103-ə çatıb

İndoneziyanın Flores bölgəsində avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 103-ə yüksəlib, 1666 nəfər yaralanıb.

Referans Media xəbər verir ki, ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, zəlzələdən sonra ən güclüsü 6,2 bal olan 2700-dən çox afterşok qeydə alınıb.

Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 1300-dən çox evə qismən ziyan dəyib. Təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Sürüşmələr Flores bölgəsində yaşayış məntəqələrini birləşdirən yolların bəzi hissələrində nəqliyyatın hərəkətini də məhdudlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki