Fransada bu virusa yoluxan şəxs vəfat etdi

Fransada "Shamonda" virusuna yoluxan şəxs xəstəxanada vəfat edib.


"İndiyədək hesab olunurdu ki, "Shamonda" virusu insanlara keçə bilməz. Buna görə də, həmin xəstənin bu virusa yoluxması, virusun insanda aşkarlandığı ilk sənədləşdirilmiş haldır... Xəstə oktyabrın əvvəlində vəfat edib", - nazirliyin bəyanatında qeyd olunub.

Bildirilir ki, mərhum ağır immun çatışmazlığından əziyyət çəkirmiş. Yoluxmanın, ehtimal ki, Fransanın şərqində – yaz və yay aylarında heyvanlar arasında virusa ilk yoluxma hallarının qeydə alındığı bölgədə – xırda qansoran milçəklərin (gözənəklərin) sancması nəticəsində baş verdiyi güman edilir.

Rəsmi qurumlar bildiriblər ki, hazırkı mərhələdə ictimai sağlamlıq üçün heç bir təhlükə müəyyən edilməyib.

"Shamonda" virusu ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkar edilib. O, əsasən iribuynuzlu heyvanlara təsir edərək onlarda qızdırmaya səbəb olur və həşərat sancmaları vasitəsilə yayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki