Zəngəzurda HAZIRLIQ: Paşinyan adamını göndərdi, Bakıdan gözlənti

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan nümayəndə heyəti ilə birlikdə Qərbi Zəngəzura səfər edib. Bu səfər TRİPP layihəsi ilə bağlı müzakirələr fonunda baş tutub. TRİPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı, regional iqtisadi əməkdaşlıq və böyük güclərin Cənubi Qafqazdakı maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.

Ermənistanın bu layihə üzrə hazırlıqları Azərbaycanın gözləntilərinə uyğun kommunikasiyaların açılmasına nə dərəcədə zəmin yaradır və İrəvanın qarşısında hansı siyasi öhdəliklər dayanır?

Referans Media xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Ermənistan prosesi sürətləndirməyə çalışır: “Paşinyan Ermənistanın yekun sülh müqaviləsinin imzalanması istiqamətində daha intensiv işlədiyini bəyan edib. Düşünürəm ki, ilin sonuna qədər Ermənistanın yeni konstitusiya mətninin ictimaiyyətə təqdim edilməsi, gələn ilin martında isə konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi gözlənilir. Əgər proses nəzərdə tutulan istiqamətdə davam edərsə, gələn ildən etibarən TRİPP marşrutu üzrə konkret tikinti işlərinə başlanması da mümkündür. Göründüyü kimi, Ermənistan hökuməti həm yekun sülh müqaviləsinin imzalanması, həm də TRİPP marşrutunun reallaşdırılması istiqamətində praqmatik addımlar atmağa çalışır. Burada rəsmi Bakının mövqeyi həlledici amildir”.

Rusiya sülh müqaviləsi danışıqlarında separatçıların iştirakını təklif  edir” – <span style=color:red>Politoloq - Medianews.az

O, hesab edir ki, Ermənistan bu proses çərçivəsində Azərbaycanla daha sıx əlaqələr qurmaqda maraqlıdır: “Artıq siyasi dialoqla yanaşı, ticarət və nəqliyyat sahələrində də əməkdaşlıq imkanları müzakirə olunur, iki ölkənin rəsmi nümayəndələri arasında təmaslar davam edir. Digər tərəfdən, Ermənistan Rusiya ilə münasibətlərində müəyyən məsafə saxlayır. Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması və TRİPP marşrutunun reallaşdırılması istiqamətində paralel fəaliyyət göstərir. Bu addımlar Ermənistanın xarici siyasətində daha praqmatik yanaşmaya üstünlük verdiyini göstərir. Təbii ki, Paşinyan manipulyasiya edəcəksə, proseslər öz əleyhinə işləyə bilər. Hər halda Azərbaycan Paşinyandan konkret qərarları gözləyir”.

Politoloq onu da deyib ki, sülh prosesi sürətləndirilməli, tərəflər arasında yekun sülh müqaviləsi imzalanmalı və regionda nəqliyyat kommunikasiyalarının açılması təmin edilməlidir: “Rusiyanın Zəngəzur istiqamətində həyata keçiriləcək layihəyə münasibətinə gəldikdə isə Moskvanın prosesə təsir imkanları aşağıdır. İranın da bu marşruta münasibəti dəyişib. Bununla belə, əsas məsələ regional aktorların mümkün maneələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması və nəqliyyat əlaqələrinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsidir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki