​“Qızıl zəmanət” tələsi? — Mağazaların gizli müqavilə oyunu ifşa olundu!

Elektronika mağazalarında məhsullarla birlikdə təklif olunan “qızıl zəmanət” xidməti bəzən istehlakçılar üçün suallar yaradır. Məhsulda nasazlıq yarandıqda və ya mal qüsurlu çıxdıqda mağazaların zəmanətin həmin problemi əhatə etmədiyini əsas gətirərək məhsulu geri götürməkdən və ya dəyişdirməkdən imtina etməsi istehlakçı hüquqları ilə bağlı müzakirələrə səbəb olur.

Referans Media-ya açıqlama verən hüquqşünas Rahib Əliyev bildirib ki, qeyd olunan məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir.

Onun sözlərinə görə, məhsulun geri götürülməsi və ya dəyişdirilməsindən imtina edilməsi ilə bağlı vəziyyətlərdə tərəflər arasındakı münasibətləri tənzimləyən müqavilənin şərtlərinə baxmaq lazımdır. Yəni mağazanın “qızıl zəmanət” çərçivəsində hansı öhdəlikləri üzərinə götürdüyü və xidmətin hansı halları əhatə etdiyi müqavilə əsasında qiymətləndirilməlidir.

Hüquqşünas qeyd edib ki, belə hallarla qarşılaşan vətəndaşlar hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, eləcə də məhkəməyə müraciət edə bilərlər.

Beləliklə, “qızıl zəmanət” xidməti ilə bağlı mübahisə yarandıqda müqavilənin şərtlərinin araşdırılması və istehlakçı hüquqlarının qanunvericiliyə uyğun şəkildə qorunması vacibdir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki