“Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək”

Rusiya ilə Avropa arasında enerji sahəsində əməkdaşlığın tamamilə dayandırılmasının mümkün olmadığını və bu əlaqələrin müxtəlif formalarda davam edəcəyini bildirilib.

Referans MEDİA xəbər verir ki, bu barədə Rusiyanın Novatek şirkətinin baş direktoru Leonid Mikelson Verona Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Mən hesab edirəm ki, bu əməkdaşlıq heç vaxt tam başa çatmayacaq. O, bu və ya digər formada hər zaman mövcud olacaq”, – deyə Mikelson bildirib.

“Forumda çıxışı zamanı Novatek rəhbəri Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) qlobal enerji balansından çıxarılmasının mümkün olmadığını da qeyd edib.

Onun sözlərinə görə, əgər Avropa İttifaqının 2027-ci il yanvarın 1-dən Rusiya enerji tədarükünü dayandırmaq qərarı qüvvədə qalarsa, vəziyyət daha da mürəkkəbləşə bilər.

“Hazırda dünyadakı LNG istehsalı müəssisələri tam gücü ilə fəaliyyət göstərir. Buna görə də Rusiya həcmlərinin bazardan çıxarılması enerji balansına əlavə təzyiq yarada bilər”, – deyə Mikelson vurğulayıb.

“Novatek” rəhbəri həmçinin bildirib ki, qlobal enerji qurumlarının qaz tələbatının artımı ilə bağlı proqnozları yalnız yuxarı istiqamətdə dəyişə bilər.

Onun sözlərinə görə, xüsusilə süni intellekt texnologiyalarının inkişafı ilə əlaqədar məlumat mərkəzlərinin (data mərkəzləri) enerji sərfiyyatının artması qaz tələbatına əlavə təsir göstərir.

Mikelson qeyd edib ki, qlobal enerji bazarında artan istehlak fonunda qaz resurslarına ehtiyacın gələcəkdə daha da yüksəlməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki