Fransada isti hava faciəsi: 13 nəfər boğularaq öldü

Fransada davam edən güclü isti hava dalğası faciəvi nəticələrə səbəb olub. Yerli mənbələrin məlumatına görə, həftəsonundan bəri sərinləmək üçün suya girən 13 nəfər boğularaq həyatını itirib.

Ölkənin Mülki Təhlükəsizlik Xidmətinin sözçüsü Jerome Boulanger bildirib ki, ölənlər arasında Poitiers şəhərində 17 yaşlı, Seine-et-Marne bölgəsində isə 13 yaşlı yeniyetmə də var.

Meteo-France ölkənin 49 vilayətində qırmızı, 40 vilayətində isə narıncı xəbərdarlıq elan olunduğunu açıqlayıb.

Havanın həddindən artıq isti keçməsi səbəbindən 845 məktəbdə dərslər dayandırılıb. Eyni zamanda, Touchay qəsəbəsində baş verən yanğın nəticəsində 25 hektar əkin sahəsi yanıb, 44 nəfər təxliyə olunub, 3 yanğınsöndürən isə yüngül xəsarət alıb. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki