Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboy rayonunda 17 yaşlı oğlanın meyiti yaşadığı evdə tapılıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd kəndində baş verib.

2009-cu il təvəllüdlü Q.M. yaşadığı evdə vəfat edib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki