İranda məcburi hicab qaydalarını pozaraq konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadinin (Pərəstu Əhmədi) 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Referans Media xəbər verir ki, Qum əyalətinin Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə qoyub.
Qərara əsasən, müğənniyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq da qadağan edilib.
Ahmadinin vəkilləri apellyasiya şikayətinin məhkəmə iclası keçirilmədən rədd edildiyini bildiriblər. Müğənni isə sosial media hesabında qərarın qəti olduğunu açıqlayıb.
Xatırladaq ki, o, 2024-cü ilin dekabrında “YouTube” kanalında yayımlanan təxminən 27 dəqiqəlik konsert proqramında hicabsız çıxış etmişdi./Musavat.com/
