Bu məşhurların narkotik testinin cavabı çıxdı

Türkiyədə Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən sənət, idman və media dünyasının tanınmış simalarına qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni Adli Tıp Kurumu (Məhkəmə Tibbi Ekspertiza Qurumu) hesabatları istintaq materiallarına daxil edilib.

Referans Media xəbər verir ki, Türkiyənin “Karar” qəzetinin yaydığı məlumata görə, aktrisa Afra Saraçoğlunun saç nümunəsinin toksikoloji analizində kokain maddəsi aşkarlanıb.

Saraçoğlu daha əvvəl verdiyi ifadəsində heç vaxt narkotik istifadə etmədiyini bildirmişdi.

Digər tanınmış aktyor Aras Bulut İynemlinin isə qan, sidik və saç nümunələrinin hamısının mənfi nəticələndiyi bildirilib. Hesabatda onun nümunələrində narkotik və ya psixoaktiv maddə izinə rast gəlinmədiyi qeyd olunub.

İstintaq çərçivəsində idman dünyasından keçmiş futbolçu Hasan Şaşın qan və sidiyində kokain, saçında isə kokain və kodein aşkarlandığı, jurnalist Yağız Sabuncuoğlunun analizlərinin isə mənfi olduğu bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki