Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Yoxlamalara dair yeni qadağa qoyulur.

Referans Media  xəbər verir ki, bu, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əks olunub.

Layihəyə əsasən, yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən həmin yoxlama çərçivəsində yerlərə gəlməklə hər hansı yoxlama tədbirlərinin aparılması qadağandır.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki