Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu

Goranboyda avtomobil dərəyə aşıb, şəhid anası vəfat edib.

Referans Media  xəbər verir ki, Goranboy rayonunun Todan kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva şəhid anası olub.

Onun oğlu Sirac Qulu oğlu Həsənəliyev 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Todan kəndində dinc əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində həlak olub. Həmin vaxt evlərinin qarşısında oynayan Sirac aldığı qəlpə yarasından həyatını itirib. O, cəmi 6 yaşında şəhid olub.

Faktla bağlı araşdırma aparılır./Oxu.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki