Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürdü

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Referans Media xəbər verir ki, İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, ibtidai istintaq aparılır./Report/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki