Gəncə sakini xalasını qətlə yetirdi

Gəncədə qətl hadisəsi törədilib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki