Goranboyda faciəvi qəza: Şəhid anası həyatını itirdi

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 64 yaşlı R. Həsənəliyeva hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Həsənəliyeva Birinci Qarabağ müharibəsinin şəhidi Sirac Həsənəliyevin anasıdır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki